Məscid Sabirabad rayonunun Qaralar kəndinin ərazisində yerləşir. İbadət evi 1996-cı ildə Rəcəb Hacı Abbas oğlu adlı şəxs tərəfindən inşa olunub.
Məscidin binası düzbucaq formadadır və mişar daşından tikilib. İbadət evinin döşəməsi torpaqdan, tavanı isə fanerdəndir. İbadətgahın damı şifer ilə örtülüb. Məscidin giriş qapısından sol tərəfdə yerləşən bir minarəsi var, günbəzi isə yoxdur. Minarə dəmir borudan düzəldilib və hündürlüyü 12 metr təşkil edir.
Mənbə:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.