Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, təqvalı olasız!” (Bəqərə:183)

Oruc tutmaq İslamın vacib əməllərindən biri hesab edilir. Oruc tutmaq insana hər Ramazan ayı vacib olur. Bu aydan qeyri günlərdə oruc tutmaq mestəhhəbdir (bəyənilir). Qurban və Fitr bayramlarında isə oruc tutmaq olmaz (haramdır). Sağlamlığı imkan verməyən şəxsin oruc tutması, həmçinin günahdır və belə bir şəxsin oruc tutmaması ibadətdir. Çünki, əsas hədəf Allahın əmrinə itaət etməkdir, ac qalmaq yox.

Oruc tutan şəxs sübh azanınan məğrib azanınadək özünə bir sıra şərtlər qoyur. Bu şərtlər aşağıdakı əməllərdən çəkinməkdən ibarətdir:

  1. Qəsdən yemək və içmək
  2. Allahın, Peyğəmbərin (s) və İmamların (ə.s) adından yalan danışmaq
  3. Qatı toz və qatı tüstü udmaq
  4. Başı bütövlüklə suya salmaq (Seyyid Sistaninin fətvasına əsasən şiddətli məkruhhdur (bəyənilmir) lakin orucu batil etmir (pozmur).
  5. Özünü qusdurmaq
  6. Cinsi yaxınlıq
  7. Özünü cinsi ləzzətə çatdırmaq
  8. İmalə etdirmək (klizma)
  9. Sübh azanına qədər cənabət, heyz və nifas qüslu almamaq
  10. Səfər etmək.

Təbii ki, bu əməllər unutqanlıq səbəbindən və qəsdən olunmadığı halda orucu batil etmir.

Ramazan ayında yalnız Ramazan ayının vacib orucu tutmaq olar. Oruc tutarkən Ramazan ayın birinci səhəri bir dəfə və ya hər gün sübh azanından qabaq həmin gün oruc tutacağına niyyət edir. Səhər imsak etmək (yemək yemək) vacib deyil, lakin təkid olunur. Səfər edərkən gedib-qayıtmaqla birlikdə yol təxminən 44 km-dən çox olmamalıdır. Bu məsafə yaşadığı şəhərin çıxışından hesablanır. İnsan səfər etdiyi yerdə 10 gündən az qalarsa həmin yerdə oruc tutmur (səfərdə olmuş kimi sayılır), lakin 10 gündən çox qaldığı təqdirdə oruc tutması vacibdir. Yeməyin dadına baxmaq (udmamaq şərtilə) orucu pozmur. Namaz qılmayan şəxs oruc tuta bilər. Müalicə alan şəxs dərman qəbul etmək məcburiyyətindədirsə oruc tuta bilməz. Qadınlar heyz günlərində oruc tutmamalı və Fitr bayramından sonra həmin günlərin qəzasını yerinə yetirməlidirlər. Oruc halında ağız suyunun udmaq olar. Oruc halında kosmetik vasitələrdən istifadə etmək orucu batil etmir.

Üzürlü səbəbdən oruc tuta bilməyən şəxs növbəti Ramazan ayına qədər istənilən vaxt qəza orucu tutmalıdır (Fitr və Qurban bayramlarından başqa). Qəsdən orucunu pozan kəs, həm həmin günün qəzasını tutmalı, həm də kəffarə ödəməlidir. Yəni oruc tutmadığı hər günə görə altmış gün oruc tutmalı, ya da altmış fəqiri doyunca yedizdirməlidir.

İftar vaxtı yaxşıdır ki, insan orucunu ilıq su və xurma ilə açsın. Yeməkdən öncə aşağıdakı duanı oxumaq yaxşıdır:

“Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəlt. Ya vasiəl məğfirət-iğfirli!

(İlahi! Sənin üçün oruc tutur, ruzinlə iftar açır və Sənə təvəkkül edirəm. Ey bağışlamağı sonsuz olan, məni bağışla!)

للَّهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي

Oruc barədə daha ətraflı məlumat üçün fəqihlərin (şəriət alimləri) risalələrinə müraciət etmək olar.