Türbə Naxçivan Muxtar Respublikasının Gilançayın sol sahilində, Naxçıvan-Ordubad şose yolunun şimal tərəfində yerləşir. Məqbərə təxminən XII əsrə aid edilir.

Bu türbənin ornamentlərinə görə, tətqiqatçılar onun ustası Əcəmi Naxçivani olduğunu ehtimal edirlər.

Məqbərə çöldən düzbucaq formadadır, içərisi isə səkkizguşəlidir. Abidə kərpicdən inşa olunub.

Burada türbənin tikilmə tarixini bildirən kitabə dağıdılıb. Lakin onun xüsusiyyətləri və uçuqlar içində qalan bəzək fraqmentləri, abidənin tikilmə dövrünü XII əsrdə aid olduğunu bildirir.

Türbənin bu günümüzədək ancaq cənub-qərb divarında bir sahədə 80 sm olan divar qalığı çatıbdır.

Mənbələr:

  1. Hacıfəxrəddin Səfərli. Naxçıvanın Türk-İslam mədəniyyəti abidələri. Naxçıvan-2017.
  2. https://medeniyyet.az