Məscid Ucar rayonunun Xələc kəndinin ərazisində yerləşir. İbadət evi 1991-ci ildə yerli əhalinin hesabına inşa edilib.
Məscidin binası mişar daşından tikilib və düzbucaq formadadır. İbadət evinin damı şifer ilə örtülüb. İbadətgahın qapı və pəncərələri taxtadandır və düzbücaq formaya malikdir. Məscidin önündə eyvan yerləşir. İbadət evinin günbəzi dördguşəlidir və dəmir təbəqə ilə işlənib.
Mənbə:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.