İranın Məşhəd şəhərində, İmam Rzanın (ə.s) hərəminin yaxınlığında Azərbaycan şəhidlərinin adına xeymə qurulacaq. Bu barədə 25 sentyabr tarixində imamrezaaz instagram səhifəsində xəbər verilib.
İmam Hüseynin (ə.s) əza mərasimlərində xeyməyə toplaşan zəvvarlar üçün xidmət göstəriləcək, ehsanlar veriləcək. Göstərilən xidmətlərin Azərbaycanın Vətən müharibəsinin şəhidlərinin adından ediləcəyi bildirilib.