24 sentyabr tarixində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə İraqın neft naziri İhsan Əbdül Cabbar ilə görüşüb. Bu barədə QMİ məlumat verib.
Məlumata görə, görüşdə iki ölkə arasında dini-mənəvi, iqtisadi, siyasi və mədəni əlaqələr müzakirə olunub, münasibətlərin perspektivləri haqqında fikir mübadiləsi aparılıb. QMİ-nin sədri vətən müharibəsi nəticəsində işğaldan azad olunan torpaqlarda yeniqurma işləri barədə naziri məlumatlandırdı.
Görüşdə İhsan Əbdül Cabbar xatırladıb ki, Allahşükür Paşazadəni İraq Mili Dövlət Qüvvələri Alyansının prezidenti dəvət edib.
7 avqust tarixində Allahşükür Paşazadə İraqın rabitə naziri ilə görüşüb. Akran Şihabla Allahşükür Paşazadəni İraqa səfərə dəvət edib.