Bugün, sentyabrın 25-i İran-İraq sərhədində zəvvarlarla əsgərlər arasında qarşıdurma baş verib. Ərbəin zəvvarları icazəsiz İraq ərazisinə daxil olmağa cəhd ediblər. Bu barədə iranintl xəbər verib.

İraqın Ərbəin mərasiminə gələnlərin quru sərhədlə səyahət etmələrinin qadağan etməsinə baxmayaraq, bugün İran televiziyası İranın cənub-qərbində Şələmçə sərhəd keçidinin açıldığı barədə videolar yayımlayıb. Yayılan bu videolara görə, minlərlə zəvvar Şalamçeh gömrük postuna axın edib.

Hazırda zəvvarlar İraq ərazisinə zorla daxil olmağa cəhd dirlər.

İraq höküməti Ərbəin ziyarətinə ilk öncə yalnız 40 min xarici zəvvarın iştirakına icazə verib. Daha sonra, sentyabrın 9-da ziyarətə gələcək zəvvarların sayı 80 minədək artırılıb. Lakin İraq höküməti zəvvarların ölkəyə yalnız hava yolu ilə səfər edə biləcəklərini bildirib.