Şamaxı Cümə məscidi 743-cü ildə inşa edilib. İbadətgah Cənubi Qafqazın və Yaxın Şərqin ən qədim məscidi hesab edilir. Məscid xəlifə Xəlid ibn Vəliyədin qardaşı Müslüm ibn Vəliyədinin buraya səfəri şərəfinə tikilib. Yerli sakinlərin dediyinə görə, Cümə məscidi şəhərin 36 məscidi arasında dağıdılmayan yeganə məsciddir.