Sentyabrın 23-ü İran XİN-nin müavini və Türkiyənin İran Araşdırmaları Mərkəzinin direktoru Ağdam məscidlərinə səfər ediblər. Bu barədə trend xəbər verib.

Səfər çərçivəsində qonaqlar ermənilərin Ağdam məscidlərində törətdiyi vəhşiliklərlə tanış olublar. Onlara işğal zamanı bu məscidlərin donuzxana və ferma kimi istifadə edilməsi barədə fotomateriallar təqdim olunub. Ziyarətin sonunda İranın XİN-nin müavini Ağdam şəhəri Cümə məscidində namaz qılıb.

Sentyabrın 21-i Bakıda İranın XİN-nin müavini Azərbaycan, İran və Türkiyənin araşdırmalar mərkəzlərinin rəhbərləri arasında üçtərəfli görüş keçirilib.