Azərbaycandan yola düşən zəvvarlar artıq Nəcəfdə İmam Əlinin (ə.s) hərəmini ziyarət edib, Kərbəla yürüşünə qatılıblar. Bu barədə sentyabrın 23-ü İQNA xəbər verib.

Azərbaycanlı zəvvarlar Ərbəyin ziyarətinə (27 sentyabr) çatmaq üçün Nəcəfdən Kərbəlayadək 80 kilometr yol qət edəcəklər. Onlar, əllərində Azərbaycan bayraqları və 44 günlük vətən müharibəsi şəhidlərinin şəkillərini daşıyaraq, onların adından ehsan verirlər.

Azərbaycandan Kərbəlaya ilk zəvvar qrupu sentyabrın 18-i Bakı-İstanbul-Bağdad reysi ilə yola düşüb.

Artıq iki ildir koronavirusa görə, İraq höküməti ölkənin Kərbəla şəhərində Ərbəin məclisinin keçirilməsinə bəzi məhdudiyyətlər tətbiq edib. Hökümət Ərbəinə yalnız 80 min xarici zəvvarın ziyarətinə icazə verib. Onlardan 60 mini İran, 20 mini isə digər ölkə zəvvarlarına aiddir.