Sentyabrın 22-də xalq artisti Alim Qasımov Şuşanın Yuxarı Gövhər Ağa məscidində azan verib. Bu barədə konkret.az xəbər verib.
22 sentyabr tarixində Vətən müharibəsi şəhidlərinin anaları Şuşa şəhərinə səfər ediblər. Onlar, Yuxarı Gövhər Ağa məscidini ziyarət edib, orada namaz qılıblar.
Ziyarətçilər arasında, həmçinin şəhid general-mayor Polad Həşimovun anası da iştirak edib.
Şəhid ailələrinin Şuşaya səfəri “Mənim atam qəhrəmandır” adlı layihə çərçivəsində keçirilib. Layihə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, eləcə də “Fire Land Production”ın dəstəyi ilə təşkil olunub.