Azərbaycanın böyük İslam alimi Seyyid Salyani 1856-cı ildə Salyan şəhərində anadan olub. O, ibtidai dini təhsilini məhz Salyanda, oranın ruhani və alimlərindən alıb.

1876-cı ildə 20 yaşlı din tələbəsi Süleyman Salyani İraqın Nəcəf şəhərinə köçüb. Nəcəfdə o, Muhəmməd Fazil İrəvani, Mirzə Həbibullah Rəşti, Seyyid Muhəmməd Kazim Təbatəbai Yəzdi və Axund Muhəmməd Kazim Xorasani kimi alimlərin tələbəsi olub. Bir müddət sonra Seyyid Salyani Nəcəfdə tələbələrə dərs keçməyə başlayıb.

Ömrünün 36 ilini bu müqəddəs Nəcəf şəhərində keçirən tələbə, alimlik məqamına yüksəlib və 1912-ci ildə doğma yurduna qayıdıb. Salyanda o, İslam maarifi və şəri hökümlərinin tədrisi ilə məşğul olub. Lakin sonra sovet hakimiyyəti tərəfindən digər yerli ruhanilər kimi Süleyman Salyani təzyiqlərə məruz qalıb. 1934-cü ildə Seyyid Salyani vəfat edib. Onun vəfatının tarixi barədə iki ehtimal mövcuddur: 1934 və 1937-ci il. Mərhum Azərbaycan alimi Salyan qəbiristanlığında dəfn edilib.

Mənbə: aypara.tv

Şəkil: aypara.tv