Türbə Lerik şəhərinin cənubunda, Cəngəmiran kəndinə gedən yolun solunda yerləşir. Məzar daşının üstündəki yazıya əsasən, burada “İbrahim” adlı şəxs dəfn olunub. Mədəniyyət və Turizm Nazirliyi türbəni VII əsrə aid etsə də, bəzi mənbələrdə türbənin inşa tarixi XIII-XIV əsrlər kimi qeyd edilir.
İbrahimin adı ərəb mənbələrində Cobir Nasar kimi qeyd olunur. O, Sasanilər imperiyası dağıldıqdan sonra, Talış hakimi Bəhram Fərruxzadın 642-ci ildə ərəblərə qarşı qaldırdığı üsyanda iştirak etmiş sərkərdədir.
Türbənin üstü 1994-cü ildə inşa edilmişdir. Burada, türbədən başqa, ibadət üçün otaq tikilmişdir. Bir müddət sonra isə, burada qadınlar üçün əlavə yardımçı otaq inşa edilmişdir.
Türbə yerli əhəmiyyətli abidə hesab edilir.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- https://kataloq.gomap.az