Sentyabrın 22-i Həzrəti Abbasın (ə.s) hərəmi ziyarətçilərin sayını hesablamaq üçün yüksək texnologiyalardan istifadə edəcəyini elan edib. Bu barədə shiawaves xəbər verib.
Hərəmin Statistika Mərkəzinin direktoru bildirib ki, ziyarətgah ərazisində xüsusi kameralar quraşdırılacaq. Bu kameralar vasitəsilə ərazidə və hərəmə daxil olan insanların sayı müəyyən ediləcək.
Mərkəzin direktoru bunun illik statistika ilə müqayisə etmək üçün ediləcəyini bildirib. O, qeyd edib ki, zəvvarların sayı onların ehtiyaclarının müəyyən olunması üçün istifadə ediləcək.
İllik olaraq Kərbəlaya Ərbəin ziyarətinə 20 milyonadək insan gəlir. 2021-ci ilin 19 avqust tarixində İmam Hüseynin (ə.s) şəhadət günü (aşura) Kərbəlada təqribən beş milyon zəvvar iştirak edib.