Məscid Cəlilabad rayonunun Şiləvəngə kəndində yerləşir. İbadət evi 1995-ci ildə inşa edilib. Məscid Məmmədov Əjdər, Qəhrəmanov Aydın və Cəfərov Yavərin təşəbbüsü ilə yerli əhali tərəfindən tikilib.

İbadətgahın binası kərpiclə hörülüb. Bugünədək məscidin nə minarəsi, nə günbəzi, nə də ki mehrabı var. İbadət evinin döşəməsi torpaqdan, tavanı taxtadan, dam örtüyü isə kirəmitdəndir. Məscidin iki giriş qapısı var. İbadətgahın minbəri taxtadandır və üçpilləlidir.

Şiləvəngə kənd İmam Museyi-Kazım məscidi yerli əhəmiyyətli abidə sayılır.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.