Pir Məkkə piri Yardımlı rayonunun Yolacaq kəndində yerləşir. Ehtimal olunur ki, burada dəfn olunan şəxs Məkkə şəhəri ilə bağlıdır. Buna görə də bu pirə el arasında “Məkkə piri” də deyilir.

Ziyarətgah 2008-ci ildə kənd ağsaqqalı və xeyriyyəçisi Nərçə Şirməmmədov tərəfindən bərpa edilmişdir. Pir Məkkə Pirində dəfn olunan şəxsin adı naməlumdur. Lakin onun məzarının sinə daşında ərəb əlifbası ilə “kəlməyi-şəhadət” yazılmışdır. Sinə daşının bir yerində Qurandan ayələr var.

Pir Məkkə piri yerli əhəmiyyətli ziyarətgahı sayılır.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.