Məscid Lerik rayonunun Cəngəmiran kəndində yerləşir. İbadət evinin inşa tarixi XIX əsrin ortalarına aid edilir. İbadətgahın inşasında Axund Vəli ilə Axund İbrahimin böyük rolu olub.

Məscidin dam örtüyü şiferdən, tavanı və döşəməsi isə taxtadandır. İbadət evinin qapı və pəncərələri düzbucaq formadadır. Məscidin önündə eyvan yerləşir. İbadətgahın azan vermək üçün bir günbəzi var, minarəsi isə yoxdur.

Sovet dövründə məscid anbar kimi istifadə olunub. 1970-ci ildən sonra kolxoz sədri Ataxan Şiriyevin təşəbbüsü ilə ibadətgah təmir olunub.

Cəngəmiran kənd məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  3. https://vk.com