Məscid Lənkəran şəhəri, Babək küçəsində yerləşir. Cümə məscidin bünövrəsi 1991-ci ildə qoyulub.
Məscidin binası qırmızı və ağ kərpicdən tikilib. İbadətgah düzbucaqlı formadadır. İbadət evin bir səkkizguşəli günbəzi və iki minarəsi vard. 18 metr hündürlüyündə olan minarələr usta Əhmədov Qurbanəli Şahan oğlu inşa edib. Günbəz səkkiz pəncərəyə malikdir, ağ dəmir təbəqə ilə işlənib və altı sütun üzərində dayanıb. Minarələrin və günbəzin üstündə aypara quraşdırılıb. Məscidin ön tərəfində yerləşən iki sütunun üzərində dəmir təbəqə ilə örtülən tağlar var.
2016-cı ildə məscid Hacı Tələt Məmmədağa oğlu adlı bir şəxs tərəfindən bərpa olunub. Damın dəmir təbəqəsi kirəmit ilə əvəz olunub.
Liman şəhər Cümə məscidi 2018-ci ildə dövlət qeydiyyatına alınmışdır.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.