Ziyarətgah Lənkəran rayonunun mərkəzindən 12 km qərbdə, Haftoni qəsəbə ərazisində olan İbadi meşəsində yerləşir. Yerli sakinlər buraya Əli lingə riz ziyarətgahı deyirlər.

Bu ocaqda sivri qavala bənzər daşın üzərində insan, at ayaq izləri və müxtəlif məişət əşyalarının, qabların alt hissəsinin daşlaşmış formaları mövcuddur. Yerli əhali daşlaşmış insan ayaqını İmam Əlinin (ə.s) izi olduğunu və buranın bu səbəbdən belə adlanmasını qeyd edirlər.

Əli lingə riz ziyarətgahında bir nil ağacı var. İnsanlar bu ağaca müxtəlif rəngdə parçalar bağlayaraq, niyyət tuturlar.

Aqşin Mistanlı “Cənub bölgəsinin abidələr ensiklopediyası”-nda burada İmam Əlinin ayaq izinin olması həqiqəti əks etdirmədiyini qeyd edir. O, İmam Əli İraqın Kufə şəhərindən kənar yerə çıxmadığını vurğulayır. Haftoni qəsəbə sakini doktor Şahverdi Novruzov həmən daşların üzərində olan izlərin və əşyaların qəsəbə sakinlərinə məxsus olmasını deyir. O, Haftoni qəsəbəsində palçıq vulkanın olmasını və onun püskürməsini qeyd edir. Bu zaman meşədə odun doğrayan və ya Lerikdən köçlə gəlmiş insanları, bu qismən soyumuş lavanın üzərinə qab qoyub, yemək bişiriblər. Doktor məhz bu səbəbdən, burada onların izlərinin qalmasını izah edir.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.