İraqın hövzə alimləri və minbər vaizləri ölkənin quru sərhədlərinin açılmasnı tələb ediblər. Bu barədə sentyabrın 21-i shiawaves xəbər verib.
Alimlər İraqın Baş nazirinə məktub ünvanlayıblar. Onlar, Ərbəin zəvvarlarının ölkəyə quru sərhədlərlə girişini təmin edilməsini tələb ediblər. Məktubda nazirin İraq xalqının tələblərinə uyğun hərəkət etməsi xahiş olunub.
Məktubda deyilir: “İraq hökumətinin İmam Hüseyn ziyarətçilərinin üzünə sərhədləri bağlamaq qərarı diktaturadan sonrakı dövrdə insan hüquqları və dini hüquqlarla uyğun gəlmir”.
Koronavirusla əlaqədar İraq höküməti ölkəyə giriş üçün yalnız hava yollarını açıb. Sentyabrın 26-27-i keçiriləcək Ərbəin mərasimlərində xarici zəvvardan maksimum 80 min nəfərin iştirakına icazə verilib.