Xədicə Patel Beynəlxalq Mətbuat İnstitutunun ilk qadın və ilk müsəlman sədri olub. Bu barədə 21 sentyabr tarixində shafaqna xəbər verib.

Bundan əvvəl o, “Daily Maverick”, “City Press, “Sky News”, “BBC News”, “Quartz”, “Al Jazeera” və “The Guardian” xəbər agentliklərində işləyib və, həmçinin “Mail & Guardian”-ın Cənubi Afrika qolunun baş redaktoru olub.

Hazırda Xədicə Patel Cənubi Afrika Beynəlxalq KİV Fondu proqramlarının başçısı kimi gənc jurnalistlərə dəstək verir.