Hollivud serialının baş rolunda ilk dəfə müsəlman oynayıb. Misirdən olan 30 yaşlı Abubəkr Əli “Grendel” adlı fantastik serialın baş rolunu ifa edib. Bu barədə CNN xəbər verib.
Serial Mett Vaqnerın komikslərinə əsasən “Netflix” tərəfindən çəkilir.
Əlinin sözlərinə görə, o, həmişə fikirləşirdi ki, müsəlman yalnız qərb dünyasına qarışmış insan və ya terrorçudan rolunda çəkilə bilər.
Misirli müsəlman 9 yaşında ABŞ-a köçüb. Onun Amerikaya gəlişi 11 sentyabr terror hadisələrindən bir il qabaq olub. Bu səbəbdən Əli müsəlmanlara qarşı çoxlu ittihamlar eşidirdi və bu ona çətinlik yaradırdı. Lakin buna baxmayaraq o, bu çətinniklərdən keçərək karyerasında uğur əldə etməyə başladı.