Məscid Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qədirli küçəsində yerləşir. İbadət evi 1905-ci ildə Şah hüseyn adlı şəxs tərəfindən inşa edilib.
Məsciddə eyni anda 300 nəfər ibadət edə bilər.
Sovet dövründə Şah Hüseyn məscidin binası ibadət evi kimi istifadə edilmətib. 1993-cü ildə isə ibadətgahın fəaliyyəti yenidən bərpa edilib. 1994-cü ildə Şah Hüseyn məscidi təmir olunub.
Hazırda məsciddə ərəb dili və Quranın tilavəti üzrə dərslər keçirilir.
Mənbələr:
- Azerbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- https://www.facebook.com