Sentyabrın 22-i mehrnews-un verdiyi xəbərə görə, İslam alimi Seyyid Xamenei saxta peyvənd sertifikatları barədə hökm verib.

Sual: “Ərbəin ziyarətinə gedərkən peyvəndin şərt olduğunu nəzərə alsaq, sərhədi keçmək üçün saxta sertifikat vermək icazəlidirmi?”

Cavab: “Heç bir halda saxta sertifikat təqdim etmək icazəli deyil”.

Son zamanlar Azərbaycanda saxta vaksin sertifikatlarının alınması halları müşahidə olunur. Sentyabrın 16-sı Bakı şəhərində üç həkim 250 manata saxta sertifikat satdığı üçün saxlanılıb. Tutulan şəxslər barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.