Məscid Bakıda, Yeni Suraxanı qəsəbəsində, Balahüseyn Mirqəzəb küçəsi 90-da yerləşir. Buranı “Heydər məscidi” kimi də adlandırırlar.

Əvvəllər Suraxanı kəndi başqa yerdə yerləşirdi və burada köhnə məscid var idi. Sovet dövründə köhnə məscid dağıdılır və kənd yeni yerə köçürülür. Lakin suraxanınılar yeni kənddə məscid tikmək üçün icazə ala bilmirlər. Sovet İttifaqı dağılandan sonra, 1992-ci ildə kənd ağsaqqallarının təşəbbüsü və camaatın vəsaiti hesabına yeni Suraxanıda Heydər məscidi inşa edilmişdir. Bu məscidin daşları arasında köhnə Suraxanıdakı məscidin daşları da var.

Məscid mişar daşlarından tikilib və yonulmuş daşlarla üzlənib. Bir minarəsi var. Minarə də mişar daşından hörülüb və hündürlüyü təqribən 25 metrdir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. https://www.youtube.com