Məscid Sabirabad şəhərinin mərkəzində yerləşir. İbadət evi 1990-cı ildə keçmiş rayon İcra başcısı Xanhüseyn tərəfindən inşaya başlayıb.
28 fevral 1990-cı ildə Heydər məscidinin tikilməsinə torpaq ayırılıb. Lakin 1999-cu ildə ibadətgahın inşası yarımçıq qalıb. 18 noyabr 2008-ci ildə isə ibadət evi istifadəyə verilib.
Məsciddə eyni zamanda 2600 nəfər ibadət edə bilər. Kişilər üçün zalın tutumu 1800, qadınlar üçün 800 nəfər təşkil edir. Ümumi sahə iki hektara yaxındır. Məscidin zalının sahəsi isə 1300 kvadratmetrdir.
İbadət evinin bir günbəzi və iki minarəsi var. Günbəzin hündürlüyü 11, minarələrin isə 27 metrdir.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- http://www.dqdk.gov.az