Sentyabrın 20-i Amerikanın Nyu-York şəhərində Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan dünya müsəlmanlarının lideri adlandırılıb. Bu barədə islamnews xəbər verib.

Həmin tarixdə Manhettenin mərkəzində Türkiyə Prezidentinin kitabının təqdimatı keçirilib. Tədbirdə Şimali Amerikanın Müsəlman Alyansı lideri qeyd edib ki, o, Ərdoğanı nəyinki Türkiyənin hətta bütün müsəlman aləminin lideri hesab edir.

Rəcəb Tayyib Ərdoğanın yeni kitabı “Daha adil bir dünya mümkün” adı altında dərc olunub.