Misirdə Quranın latın əlifbası ilə yazılışı haram edilib. Bu barədə sentyabrın 21-i İQNA xəbər verib.

Fətvanın verilmə səbəbi misirli alimlərin müxtəlif irqlərə aid müsəlmanların Quranı rahat tilavəti üçün tərcümə etməsidir.

Misirin əl-Əzhər İslam Mərkəzinin “Darul-İfta” idarəsi Quranın yalnız ərəb qrafikası ilə yazılmasını vacib bilir. İdarə hesab edir ki, Qurani-Kərim alimlər tərəfindən olduğu kimi qorunub saxlanılmalıdır.