Sultan Pir ocağı Masallı rayonunun Qızılağac kəndində, qəbiristanlığda yerləşir. Ocağın tarixi X-XIV əsrlərə aid edilir. Məqbərədə Sultan adlı bir şəxsin və onun nəvəsinin məzarları var. Pir Qurbanov Fizuli, Ağaşirin və Cəmil qardaşları tərəfindən inşa edilib. Məqbərənin adı 2001-ci ildə Qızılağac ocağına dəyişdirilmişdir.
Sultanın kim olduğu haqda dəqiq məlumat yoxdur. Yerli əhalinin sözlərinə görə, qədim zamanlarda yayın isti günlərində şəhərdə quruculuq işləri aparılırdı. Sultan adlı bir qoca kişiyə ustalar üçün quyudan su daşımağa həvalə etdilər. İstidən qoca taqətdən düşüb Allaha yalvarmağa başladı. Əlindəki suyu daşımaq üçün səhəng buza döndü. Sultan nəvəsi ilə oradan uzaqlaşmağa başladı, amma şəhər başçısı onu saxlamağa göstəriş verdi. Sultan onu təqib edən insanların gözləri önündə indiki pirin yerində qeyb oldu. Həmin hadisədən sonra bu yer pirə çevrilib.
Ziyarətgah dördbucaq formadadır. Ocağın döşəməsi torpaqdan, tavanı taxtadan, dam örtüyü isə kirəmitdəndir. Məqbərənin bir qapısı, üç tağvari pəncərəsi var.
Ocağı 1939-cu ildə yerli xeyriyyəçi Əlibaba təmir edib, 2005-ci ildə isə Məşədi Əlövsət Musabala oğlu adlı bir şəxs ocağın binasını sökərək kərpicdən yenidən inşa edib.
Sultan Pir ocağı yerli əhəmiyyətli abidə hesab edilir.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- Nuridə Zabit qızı. Funksional-semantik baxımdan ocaqlar və pirlər. Bakı-2016.
- https://cenub.az