Ziyarətgah Masallı rayonu Hişkədərə kəndinin ərazisində yerləşir. Yerli əhalinin dediklərinə əsasən, burada yeddinci İmam Museyi-Kazımın (ə.s) nəvəsi İbrahim dəfn edilib.

Yerli sakinlərin sözlərinə görə, burada möcüzələr baş verir. Bu haqda kənd sakini Hacı Nəsir Əliyev demişdir: “Kəndin ağsaqqallarından biri Mirzəcan Səlimov 1880-1990-cı illərdə qəbrin yeri itməsin deyə, üstündə taxtadan daxma tikmişdir. Sonra isə kənd sakinləri Mirzağa və Əbülfəz kişi onu sökərək, kərpicdən tikmişdilər. Buna baxmayaraq, o, dağılmışdır”.

1960-cı ildə gecələr gizli şəkildə, kənd sakinləri Abbas, Heybət, Məhərrəm, Naib, Əbülfəz və digərləri İmamzadənin üstünü çay daşlarından düzəltmişdilər. Lakin, sonradan bu tikili gücdü yağışlar nəticəsində yenidən uçmuşdur. 2000-2001-ci illərdə xeyriyyəçi Əlirza Nəriman oğlu tərəfindən İmamzadədə təmir bərpa işləri aparılmışdır.

Tikili ornamentlərlə bəzədilib və onun üzərində xüsusi dekorasiya salınıb. Ziyarətgahın üstü səkkizgüşəlidir. Orada yerləşən İbrahimin məzarı naxışlarla bəzədilib.

Sovet hakimiyyəti buranı bağlamaq istəsədə, buna nail ola bilməyib.

Mənbələr:

  1. Həşim Həsənoğlu. Azərbaycanın dini-tarixi abidələri, ziyarətgahları, seyidləri, övliyaları. Bakı-2005.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.