Ərbəin ziyarətçilərinin vətənlərinə dönməsi üçün sentyabrın 20-i İraqdan İrana quru sərhədləri açılıb. Bu barədə shiawaves xəbər verib.
İranın təhlükəsizlik qüvəllərinin rəhbəri Qasim Rzai bildirib ki, Ərbəin ziyarətinə İrandan qatılan zəvvarlar evlərinə Marhan sərhəd məntəqəsindən qayıda bilərlər. O, artıq hava yolu ilə qayıtmağa ehtiyac olmadığını qeyd edib.
Rzai deyib ki, ziyarətçilər Ərbəinə səfər ümidi ilə sərhədə axın ediblər, lakin İraq hökümətinin qərarına görə quru sərhədlər bağlı saxlanılıb.
Ərbəin günü sentyabrın 27-də təsadüf edir. İraq höküməti yalnız hava yolu ilə səfər edənləri ölkə ərazisinə buraxır. 5 sentyabr tarixində İraq Ərbəin ziyarətinə yalnız 40 min zəvvarın iştirakına icazə verib. Sentyabrın 9-da isə bu rəqəm 80 minədək artırılıb. Azərbaycandan ilk zəvvar qrupu sentyabrın 18-i Bakı-Nəcəf reysi ilə yola düşüblər.