Sentyabrın 21-i İraq poçt xidməti üzərində Ayətullah Sistaninin və Roma Papasının şəkili olan poçt markaları çap edib. Bu barədə shianews xəbər verib.

Yeni poçt markalarının iki dini liderin görüşü naminə buraxılması bildirilir.

Roma Papası Fransisk şiə liderlərindən biri olan Ayətullah Seyid Sistani ilə Mart ayının 6-ı Nəcəfdə görüşüb. Seyid Əli Sistani Roma Papası ilə görüşən ilk şiə alimi kimi tarixə düşüb.