Vatikan nümayəndəsi sentyabrın 19-u Nəcəfdə İmam Əlinin (ə.s) hərəmini ziyarət edib. Bu barədə imamali.net xəbər verib.
Verilən xəbərə görə, Varikanlı pastor Subulc hərəmin İctimaiyyətlə əlaqələr şöbəsinin müşayiəti ilə oranı ziyarət edib. Pastor bu ziyarətgahda olmasından qürur hissi duyduğunu deyib. O, qonaqpərvərlik və səmimilik üçün hərəm nümayəndələrinə minnətdarlığını bildirib.
Bu səfər Vatikanın din nümayəndələrinin Nəcəfə 2021-ci il ərzində ikinci səfəridir. Mart ayının 6-ı baş tutan ilk səfər çərçivəsində Roma Papası Fransisk şiə liderlərindən biri olan Ayətullah Seyid Sistani ilə görüşüb.
Şəkillər: imamali.net