Koronavirusa görə 2020-ci ilin 4 oktyabr tarixində “Təhlükəsiz Ümrə” layihəsi başlayandan bəri Ümrə ziyarətində təxminən 10 milyon zəvvar iştirak edib. Bu barədə Həcc və Ümrə Nazirliyi bildirib.
Həcc və Ümrə nazirinin müavini Əbdül-Fəttah Süleyman deyib ki, nazirliyin hədəfi Ümrə ziyarətinin zəvvarlarının sayını ayda 3,5 milyona çatdırmaqdır.
2020-ci ilin mart ayında Səudiyyə Ərəbistanı koronavirusa görə Ümrə ziyarətinin fəaliyyətini dayandırıb. Cari ilin 9 avqust tarixindən etibarən isə peyvənd olunmuş əcnəbi vətəndaşlara Kəbəni ziyarət etmək icazəsi verilib. Hazırda Ümrə ziyarətində gündəlik 70 min zəvvar iştirak edə bilir.