Məscid Yardımlı rayonunun Ostayır kəndinin ərazisində yerləşir. İbadət evi XIX əsrin sonunda inşa edilib. Məscid Molla Cəfər adlı şəxs tərəfindən tikilib. İllər sonra yararsız hala düşən məscid, 1960-cı ildə yerli sakinlər tərəfindən bərpa edilib. İbadət evi 1996-cı ildə sökülərək, yenidən inşa olunub. İbadətgah tikildiyi gündən bugünədək fəaliyyəti dayandırılmayıb.
Məscidi ikinci dəfə Hacıbaba Bəhram, üçüncü dəfə isə Hacı Abgül Nəbiyev bərpa edib. Bu işdə onlara kənd sakinləri də yardım edib.
Əsas ibadət zalı iki hissəsindən ibarətdir: qadınlar və kişilər şöbələri. İbadət evinin iki taxta giriş qapısı var. Pəncərələr tağvaridir və taxtadandır. İbadətgahın qarşısında eyvan salınıb.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.