Məscid Saatlı şəhəri, Nizami küçəsi 10-da yerləşir. İbadətgah 1995-ci ildə Saatlının keçmiş İcra başçısı Gülhüseyn Əhmədov təşəbbüsü, yerli sakinlərin köməyi ilə inşa edilib.
Məscid düzbucaq formadadır. İbadət evinin tavanı 12 dördbucaq sütun üzərində dayanıb. İbadətgah iki mərtəbədən ibarətdir. İkinci mərtəbə qadınların ibadət etməsi üçün nəzərdə tutulub. Məscidin daxilində 10 kiçik otaq var. Minbər beş pilləlidir və taxtadandır. İbadət evinin bir günbəzi və iki minarəsi var. Minarələrin hündürlüyü 20 metrdir və hər ikisi kərpicdən tikilib. Onların alt hissəsi dördbucaq, üst hissəsi isə dairəvi formadadır.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- Həşim Həsənoğlu. Azərbaycanın dini-tarixi abidələri, ziyarətgahları, seyidləri və övliyaları. Bakı-2005.