Məscid Biləsuvar şəhəri, Heydər Əliyev küçəsində yerləşir.

İbadət evinin binası düzbucaqlı formadadır. Məscidin divarları qırmızı kərpicdən tikilib. Döşəməsi torpaq, tavanı isə taxtadandır. Məscidin ön tərəfində iki, yan tərəfində isə bir cüt pəncərələri var. Həmçinin ibadət evinin ön tərəfində bir cüt qapısı da var. Məscidin girişini yağışdan qorumaq üçün beş dəmir dirək üstündə dayanan dam tikilmişdir. İbadətgahın damı kirəmitlə örtülmüşdür. Məscidin günbəzi kvadrat formaya malikdir.

İmam Zaman ağa məscidi yerli əhəmiyyətli tikili hesab edilir.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub Bölgəsinin Abidələr Ensiklopediyası. Bakı-2018.