Məscid Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşir. İbadət evi 1890-cı ildə Hacı Hacıbabanın hesabına inşa edilib.

İbadət evinin bir günbəzi var. Günbəz dörd sütun üzərində dayanıb. Məsciddə eyni anda 400 nəfər ibadət edə bilər.

Sovet dövründə ibadətgah zavod kimi istifadə olunub. 1988-1989-cu illərdə “Tövbə” Cəmiyyətinin səyi nəticəsində məscid yenidən fəaliyyətə davam edib.

2017-ci ildə ibadət evi əsaslı şəkildə təmir olunub və ərazisi genişləndirilib.

Mənbələr:

  1. Azerbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. http://www.dqdk.gov.az
  3. https://www.gununsesi.info