“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda yerləşən Tərəkəmə məscidi bərpa olunub. Bu barədə Mədəniyyət qəzeti 17 sentyabr tarixində məlumat verib.
Məlumata görə, məscid uzun zaman yararsız vəziyyətdə olub. İbadətgahda 2021-ci ilin iyun ayından başlanan təmir işləri başa çatıb və məscidin fəaliyyəti yenidən bərpa olunub. Hazırda məscid muzey kimi də fəaliyyət göstərir.
Tarixçilər Tərəkəmə məscidinin inşasını XVII-XVIII əsrlərə, Səfəvilər dönəminə aid edirlər. İbadətgah Qala kəndində Qala Cümə məscidindən sonra ən qədim ibadət evi sayılır. İbadət evi, həmçinin Məhəllə məscidi də adlandırılır. Tərəkəmə məscidi yerli əhəmiyyətli abidə hesab edilir.