Məscid Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində yerləşir. İbadətgahın inşa tarixi 1980-1996-cı illərə aid edilir. Sahib-əz-Zaman məscidi Məşədi İslamın təşəbbüsü və yerli əhalinin vəsaiti ilə tikilib.
Sahib-əz-Zaman məscidi düzbucaq formaya malikdir. İbadət evinin fasad hissəsi və minarələr kərpicdəndir. Məscidin qoşa minarələrinin hündürlüyü 16 metr təşkil edir. Günbəzin fasad tərəfi betonla işlənib.
Mənbə:
Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.