Türbə Gəncə şəhərində, Nizami küçəsində yerləşir. Abidə XIX əsrdə inşa edilib.

Bu türbə kərpiclə işlənib. Üstü qübbə formasında olan məqbərənin üç giriş qapısı var. Türbə bir otaqdan ibarətdir. Abidənin içərisində heç bir qəbir tapılmamışdır. Deyilənə görə, qəbrin üstünü torpaq örtüb. Türbənin içərisindəki qəbrin başdaşı hal-hazırda Gəncə şəhər Dövlət Tarix Muzeyində saxlanılır.

Türbə bir neçə dəfə təmir edilib, onun daxili və xarici görünüşü dəyişilib.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. https://www.youtube.com