Bugün, sentyabrın 18-i Azərbaycandan Ərbəin ziyarətinə ilk zəvvar qrupu yola düşüb. Bu barədə qafqaz.ir xəbər verib.

Zəvvarlar Kərbəlaya səhər saatlarında Bakı-İstanbul-Bağdad reysi ilə yollanıblar.

Artıq iki ildir koronavirusa görə, İraq höküməti ölkənin Kərbəla şəhərində keçirilən Ərbəin məclisinin keçirilməsinə bəzi məhdudiyyətlər tətbiq edib. İraq höküməti Ərbəin mərasiminə yalnız 80 min xarici zəvvarın ziyarətinə icazə verib. Onlardan 60 mini İran, 20 mini isə digər ölkə zəvvarlarına aiddir. İraqa səfər edəcək insanlar yalnız hava yolu ilə səfər edə bilər. Zəvvarların koronavirus əleyhinə tam vaksiyasiya olmaları zəruridir.

İmam Hüseynin (ə.s) şəhadətinin 40-cı günü (Ərbəin) sentyabrın 27-ə təsadüf edir.