Məscid Bakının Binə qəsəbəsində, hava limanının yaxınlığında, yol kənarında yerləşir. Fatimeyi-Zəhra məscidi 1996-cı ildə yerli sakinlər tərəfindən inşa edilib.
İbadətgahın binası, minarəsi və günbəzi mişar daşından tikilib. Məsciddə eyni anda 250 nəfər ibadət edə bilər. İbadət evinin minarəsinin hündürlüyü 32 metr təşkil edir. Günbəz iki sırada düzülmüş pəncərələrdən ibarətdir və dörd sütun üzərində dayanıb.
Mənbələr:
- Azerbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- http://www.dqdk.gov.az/az/view/objects/52