Sədərək məscidi Bakı şəhərində, Qaradağ rayonunun Lökbatan qəsəbəsində, Sədərək Ticarət Mərkəzinin ərazisində yerləşir. İbadət evi İmam Cəfər Sadiq (ə.s) məscidi kimi də tanınır. Məscidin giriş qapısının yuxarı hissəsində “RƏSULALLAH MƏSCİDİ” yazıları həkk olunub.İbadətgah 2009-cu ildə inşa edilmişdir.
İbadət evi burada işləyənlər və ticarət məqsədilə gələnlər üçün tikilib. Məsciddə eyni zamanda təxminən 350 nəfər ibadət edə bilər.