Dünyada Quranın ən qədim əlyazma təfsirinin bir nüsxəsi Misirin İskəndəriyyə kitabxanasında saxlanılır. Quranın bu təfsiri “əl-Busti” adlandırılır. Əsərin müəllifi Əbu İshaq ibn İbrahim əl-Bustidir. Təfsirin yazılma tarixi hicri təqvimi ilə 368-ci ilə (miladi ilə 978-ci ilə) aid edilir. Bu barədə 15 sentyabr tarixində İQNA xəbər verib.
Məlumata görə, əlyazma Xələf bin Həkim tərəfindən “məğrib” (Mərakeş) üslubu ilə yazılıb. Həkimin köçürdüyü əlyazma 233 səhifədən ibarətdir. Əsərdə Quranın ayələri və ardınca onu izah edən hədislər əks etdirilib. Ən qədim nüsxə olmaqla yanaşı təfsir ən qədim Ərəb xətti nüsxəsi də hesab edilir.
Hazırda əlyazma üzərində bərpa işləri aparılır.
İskəndəriyyə şəhər kitabxanasının muzeyində 120 qədim əlyazma nüsxələri mövcuddur. Tarixi və mədəni əhəmiyyətinə görə muzeyə dünyanın bir çox dövlət başçıları səfər edib.