Sentyabrın 16-dan etibarən İraqın cənubunda yerləşən Di Qar ayalətində minlərlə insan piyada Kərbəlaya tərəf yürüş keçirir. Bu barədə arabic.rt xəbər verib.
Xəbərdə ziyarətçilərə yol boyunca ehsan paylanması qeyd olunur. Həmçinin könüllülər tərəfindən zəvvarlara tibbi yardım göstərilməsi də bildirilir.