Fransız yazıçı Erik Zemmur müsəlman adlarına qadağa qoymağı təklif edir. Bu barədə sentyabrın 16-ı İQNA xəbər verib.
Erik Zemmur prezident olacağı təqdirdə Fransada Məhəmməd və diqər müsəlman adlarını qadağa edəcəyini bildirib.
“Bir Fransız oğlunun adını Məhəmməd qoymağa haqqı olmayacaq. Aylarla, illərlə məni namizəd olmağa məcbur edən insanlar var. Onlar mənim Fransa üçün yaxşı fikirlərə sahib olduğumu düşünürlər”, – Zemmur deyib.
The Times of Israel 2019-cu ildə Zemmurun müsəlmanlara nifrət salmaqda iki məhkumluğu olduğunu bildirib. Əlcəzairin müstəmləkəsi zamanı Erik Fransız generalının müsəlmanlara və yəhudilərə qarşı törətdiyi qırğınları təsdiqlədiyi üçün istintaqa cəlb olunmuşdur.
New York Times isə 2011-ci ildə Erik Zemmuru “Fransanın ən tanınmış və peşəkar təxribatçısı” kimi xarakterizə edib.