Məscid Zərdab şəhərinin mərkəzində, Kür çayın yaxınlığında, Samir Abdullayev küçəsində yerləşir. Məscidin inşası 1991-ci ildə başlanıb və üç il davam edilib. İbadətgah yerli sakinlər Beylər Həmidov, Rəsul Rəsulov, Namaz Cəfərov, İsmayıl İsmayılov və Madal Kərimov təşəbbüsü ilə inşa edilib.
Məscidin binası kərpicdən tikilib. İbadət evi 12 tağvari pəncərəyə, bir əsas və iki əlavə qirişə malikdir. İbadətgahın xidmət üçün bir yardımçı otağı var. İbadət evinin bir günbəzi var, minarəsi isə yoxdur. Məscidin günbəzi ağ dəmir təbəqə ilə örtülüb. Cümə məscidin taxtadan düzəldilmiş yeddipilləli minbəri var.
Mənbə:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.