Məscid Şərur şəhərinin girəcəyində yerləşir. 1996-cı ildə İran İslam Respublikasının Urmiya ostandarlığı tərəfindən inşa olunub.
Şərur şəhər Cümə məscidi səkkizguşə formasına malikdir. Divarları mişar daşından tikilib. İbadətgahın fasad tərəfi kərpiclə işlənib. Döşəmədən tavanadək hündürlüyü 6,5 metr, döşəmədən günbəzədək isə 13 metrdir. Tavan 4 sütun üzərində dayanıb.
İbadət evin günbəzinin diametri 6 metr, hündürlüyü isə 6,5 metrdir. Günbəz fasad tərəfdən dəmir təbəqə ilə işlənib. Məscidin, hündürlüyü 17 metr olan, qoşa minarəsi də var.
Mənbə:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.