Məscid Bakı şəhərin Ramanı qəsəbəsində, Vəli Vəliyev küçəsi 55-də yerləşir. İbadət evi 1912-1914-cü illərdə inşa olunub. Məscidin memarı Zivərbəy Əhmədbəyovdur.
Məscidin biası bir dəhlizdən və üç yardımçı zaldan ibarətdir. Əsas zalın dörd sütunu var. Qadınlar üçün şöbə məscidin şimal-şərq hissəsində yerləşən yardımçı otaqlarından birində yerləşir. Məscidin bir günbəzi var, minarəsi isə yoxdur.
Ramana kənd Xanlar Cümə məscidi yerli əhəmiyyətli abidə hesab edilir.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- http://www.mct.gov.az/medias/media/other/13/tma.pdf